Xəbər lenti

BMT-nin qarşısındakı bilbordda Zəfər Gününə həsr olunmuş lövhələr nümayiş etdirildi (FOTO)
Ölkə 22:23 08.11.2023

BMT-nin qarşısındakı bilbordda Zəfər Gününə həsr olunmuş lövhələr nümayiş etdirildi (FOTO)

ABŞ-nin Nyu-York şəhərində BMT-nin mənzil-qərargahının qarşısında mobil bilbordda Azərbaycanın Zəfər Gününə həsr olunmuş lövhələr nümayiş etdirilib.

Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi sosial şəbəkədə paylaşım edib.

LED lövhələrdə ingilis dilində "8 Noyabr – Azərbaycanın Zəfər Günü” sözləri həkk olunub.

Eyni zamanda İkinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinin rəmzi olan xarıbülbül göstərilib.
 

--> -->