Xəbər lenti

“Qala Sığorta”nın yığımları 11,8 milyon manat azalıb
Ekonomiks 18:08 28.04.2026

“Qala Sığorta”nın yığımları 11,8 milyon manat azalıb

"Qala Sığorta” ASC-inin 2026-cı ilin yanvar-mart aylarında sığorta yığımları 13 milyon 355 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 25 milyon 181 min manatla müqayisədə 11 milyon 826 min manat və ya 46.9% azdır.

Şirkətin sığorta ödənişləri isə hesabat dövründə artım nümayiş etdirib. Belə ki, 2026-cı ilin yanvar-mart aylarında sığorta ödənişləri 5 milyon 919 min manat olub.

Bu isə 2025-ci ilin eyni dövründə qeydə alınmış 5 milyon 170 min manatla müqayisədə 749 min manat və ya 14.5% çoxdur.

Hesablamalara görə, 2026-cı ilin yanvar-mart aylarında hər 100 manat sığorta haqqına qarşılıq olaraq 44.3 manat sığorta ödənişi edilib. 2025-ci ilin eyni dövründə isə bu göstərici 20.5 manat olub.
--> -->