Xəbər lenti

ChatGPT insanı saniyələr içində
Texnologiya 19:54 28.04.2026

ChatGPT insanı saniyələr içində "oxuya" bilər: Şəxsiyyətin təhlili üçün 10 sorğu

Süni intellekt (Al) artıq təkcə iş və təhsil üçün deyil, həm də insanların davranışlarının təhlili üçün geniş istifadə olunur. Xüsusilə ChatGPT düzgün qurulmuş sorğular vasitəsilə insanın xarakter xüsusiyyətləri, motivasiyaları və zəif tərəfləri barədə sürətli və detallı təsəvvür yarada bilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Tom’s Guide nəşri yazır.

Təcrübələr göstərib ki, hətta qısa davranış təsviri əsasında belə süni intellekt kifayət qədər dərin psixoloji portret yarada bilər. Bunun üçün istifadəçilər xüsusi hazırlanmış sorğulardan istifadə edirlər.

Şəxsiyyəti "deşifrə etməyə” kömək edən 10 sorğu

1. Davranış analizi - Al-dan insanın vərdişləri və hərəkətləri əsasında onun xüsusiyyətlərini, motivasiyalarını və çatışmazlıqlarını təhlil etməsi xahiş olunur.

2. "Böyük beşlik” modeli - Açıqfikirlilik, vicdanlılıq, ekstraversiya, razılıq və nevrotiklik kimi beş əsas xüsusiyyətin qiymətləndirilməsi.

3. Güclü və zəif tərəflər - Şəxsiyyətin əsas üstünlüklərinin və həssas məqamlarının müəyyən edilməsi.

4. Düşüncə və qərarvermə - İnsanın müxtəlif situasiyalarda necə düşündüyü və reaksiya verdiyinin təhlili.

5. Sosial davranış - Dostluq, münaqişə və kollektiv mühitdə davranış proqnozu.

6. Emosional profil - Birbaşa görünməyən dərin emosional xüsusiyyətlərin üzə çıxarılması.

7. Gizli xüsusiyyətlər - Aşkar olmayan xarakter cizgilərinin əlavə təhlili.

8. Şəxsiyyət arxetipi - "Lider”, "strateq” və ya "üsyankar” kimi tipin müəyyən edilməsi.

9. "Qırmızı” və "yaşıl” siqnallar - Münasibət və ya iş mühitində risklərin və müsbət cəhətlərin qiymətləndirilməsi.

10. Davranış proqnozu - Müəyyən ssenarilərdə insanın reaksiyalarının modelləşdirilməsi.

Təcrübə nə göstərib?

Bu sorğular tətbiq edildikdən sonra istifadəçi gözlənilməz dərəcədə dərin analiz əldə edib: ChatGPT təkcə xarakteri təsvir etməyib, həm də daxili motivləri, qorxuları və davranış modellərini izah edib.

Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, bu cür alətlər peşəkar psixologiyanı əvəz etmir, yalnız müşahidələri strukturlaşdırmağa kömək edir.

Aydın
--> -->