Xəbər lenti

İdman 16:26 28.04.2026

"Fənərbağça" seçki qərarı verdi - Sadəddin Sarandan vida mesajı

Super Liqada növbəti dəfə çempionluq mübarizəsində "Qalatasaray"dan geri qalan "Fənərbağça" növbədənkənar seçkili qurultay qərarı verib.

Qaynarinfo xəbər verir ki, bu barədə klub prezidenti Sadəddin Saran imzası ilə yayımlanan açıqlamada bildirilir. Açıqlamada qeyd edilib ki, qurultay 6-7 iyun tarixlərində keçiriləcək.

Açıqlamada namizəd olub-olmayacağını dəqiqləşdirməyən, lakin vida mesajı verən Sadəddin Saran bu fikirləri səsləndirib: "Mənim üçün bu qərarı vermək asan olmadı. Lakin bu kürsü şəxsi seçimlərlə deyil, doğru zamanda doğru qərarları vermək məsuliyyəti ilə tutulur. Bu kürsüyə gəlmək qədər, zamanı gəldikdə onu tərk edə bilmək də bir fəzilətdir. Xüsusilə bunu incikliklə deyil, hirs ilə deyil: camiənın yolunu açmaq məsuliyyəti ilə, "Fənərbağça"mızın gələcəyini düşünərək edə bilmək. Əsas məsələ budur".

Medianın məlumatına görə, Hakan Safi, Oktay Uludoğan və Barış Göktürk "Fənərbağça" prezidentliyinə namizəd ola bilər. Klubun keçmiş rəhbərlərindən Mehmet Ali Aydınların da namizəd olacağı bildirilir. Aydınlar 2011–2012-ci illərdə TFF prezidenti vəzifəsində çalışıb.
Sabiq prezident Əziz Yıldırım isə əvvəlki açıqlamasında namizəd olmayacağını bildirib.

Qeyd edək ki, Sadəddin Saran 25 sentyabr 2025-ci ildən bəri "Fənərbağça" İdman Klubunun prezidenti idi.

Onu da qeyd edək ki, bazar günü keçirilən derbidə "Qalatasaray"a 0:3 hesabı ilə yenilən "Fənərbağça" sona 3 tur qalmış Super Liqanın turnir cədvəlində ikinci pilləni tutur və əzəli rəqibindən 7 xal geri qalır. Ötən gün komandanın baş məşqçisi Domenik Tedesko istefaya göndərilib.

Aydın
--> -->