Xəbər lenti

Ölkə 16:07 28.02.2024

"Evdə oturub yazılarımı yazıram" - Sabiq deputat

Sabiq deputat Şəmsəddin Hacıyev səhhətində problem yaranması barədə xəbəri təkzib edib.

Qaynarinfo-ya açıqlama verən keçmiş millət vəkili hazırda evdə olduğunu bildirib.

"Hazırda evimdəyəm. Oturub yazılarımı yazıram. Ailəmlə bağlı yayılan məlumatlara münasibət bildirmək istəmirəm. Hər şey əladır və barəmizdə artıq-əskik heçnə yazılmasın".

Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev 2005-2015-ci illərdə Milli Məclisinin deputatı, 2004-2014-cü illərdə Dövlət İqtisad Universitetinin sabiq rektoru olub. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->