Xəbər lenti

Azərbaycana payız gəldi
Ölkə 22:36 22.09.2025

Azərbaycana payız gəldi

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, bu tarixdə gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə çıxıb, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır.

Azərbaycanda payız fəslinin müddəti 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->