Xəbər lenti

Paytaxt Moskvaya PUA hücumu oldu
Dünya21:08 22.09.2025

Paytaxt Moskvaya PUA hücumu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.
APA xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə sistemi Moskvaya PUA-ların hücumunu dəf edir.
Sobyanin həmçinin qeyd edib ki, bütün təcili yardım xidmətləri lazımi yerlərdə çalışır.
O, Moskva istiqamətində uçan 7 PUA-nın məhv edildiyini açıqlayıb.
Vurğulayıb ki, ilkin məlumata görə, dağıntı olmayıb.