Xəbər lenti

Ankara-Bakı reysini həyata keçirən təyyarədə əsassız həyəcan siqnalı verildi
Ekonomiks 17:47 22.09.2025

Ankara-Bakı reysini həyata keçirən təyyarədə əsassız həyəcan siqnalı verildi

Bu gün Ankara-Bakı müntəzəm reysini həyata keçirən Türkiyənin "Ajet" aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib.

Qayanrinfo bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanına təhlükəsiz eniş edib.

Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb.

"Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir. Hadisə aeroportun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir", - deyə məlumatda qeyd olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->