Xəbər lenti

Minifutbol-2025: Pakistan səfiri Azərbaycanı təbrik etdi
İdman 15:25 02.06.2025

Minifutbol-2025: Pakistan səfiri Azərbaycanı təbrik etdi

Pakistanın Bakıdakı səfiri Qasım Mohiuddin Azərbaycanı minifutbol üzrə dünya çempionatında qələbə münasibətilə təbrik edib.

Qaynarinfo xəbər verir ki, bu barədə səfir "X” sosial şəbəkəsindəki hesabında paylaşım edib

"Azərbaycanı minifutbol üzrə Dünya Çempionatında tarixi qələbə münasibətilə təbrik edirik. Öz azarkeşləri qarşısında qazanılan qələbə bu nailiyyəti xüsusi edir!", - diplomat vurğulayıb.

Qeyd edək ki, Azərbaycan yığması finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək mundialın qalibi olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->