Xəbər lenti

2025-ci ilin ən çox qol vuran futbolçuları
İdman 09:55 05.06.2025

2025-ci ilin ən çox qol vuran futbolçuları

2025-ci ildə bütün turnirlərdə ən çox qol vuran futbolçular açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.

Siyahıya Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe başcıqlı edir. Ulduz futbolçu klub və milli səviyyəsində 29 qol vurub.

Başa çatan mövsümdə icarə əsasında "Qalatasaray"da çıxış edən Nigeriya yığmasının üzvü Viktor Osimhen 28 qola imza ataraq ikinci olub.

İlk "üçlüy"ü Portuqaliyanın "Sportinq" klubunun üzvü Viktor Dyekereş tamamlayır. İsveçli forvard 27 qola imza atıb.

Qeyd edək ki, siyahı tərtib olunarkən 1 yanvar - 31 may aralığındakı oyunlar nəzərə alınıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->