Kərə yağı həm yemək bişirərkən, həm də sadəcə tost üzərinə sürtülərək geniş istifadə olunur. Lakin soyuq kərə yağını sürtmək bəzən əməlli-başlı problemə çevrilir. Belə hallarda çox vaxt nəticə uğursuz olur.
Qaynarinfo xəbər verir ki, əslində bu məhsulu daim soyuqda saxlamaq vacib deyil. Bu gün kərə yağının soyuducusuz necə saxlanıla biləcəyini izah edirik.
Kərə yağını necə saxlamaq lazımdır? - Ekspert məsləhətləri
"Express" nəşrinə danışan "Wheeldon Brothers" şirkətinin mütəxəssisləri bildiriblər ki, kərə yağını soyuducudan başqa daha əlverişli şəkildə saxlamaq olar:
"Bir çox insan kərə yağını avtomatik olaraq soyuducuda saxlayır, amma əslində onu otaq temperaturunda da təhlükəsiz şəkildə saxlamaq mümkündür - əsas odur ki, bu düzgün şəkildə həyata keçirilsin. Bu, həm lazımsız soyutmanı azaldır, həm də yağı porsiyalara bölməyi və ya sürtməyi asanlaşdırır. Nəticədə daha az israf baş verir".
Mütəxəssislərin sözlərinə görə, digər süd məhsullarından fərqli olaraq, kərə yağı az nəm və yüksək yağ tərkibinə malikdir. Buna görə bakteriya inkişafına daha az meyllidir:
"Kərə yağı təbiətcə karbohidrat və zülal baxımından zəifdir – bu isə bakteriyaların qidalandığı maddələrdir. Əgər düzgün şəkildə - məsələn, kərə yağı üçün xüsusi qabda və ya keramika qutuda saxlanılsa, otaq temperaturunda iki həftəyə qədər xarab olmadan qalır"
Vacib məqam odur ki, yağı birbaşa günəş şüalarından və istidən, xüsusilə də isti aylarda, uzaq tutmaq lazımdır.
Hansı hallarda yağı yenidən soyuducuya qoymaq lazımdır?
Ekspertlər bildirir: "Əgər mətbəxinizdə temperatur mütəmadi olaraq 21°C-dən yuxarı qalxırsa, yağı yenidən soyuducuya yerləşdirmək daha doğrudur ki, o, əriyib xarab olmasın".
Dondurucuda saxlamaq mümkündürmü?
Bununla yanaşı, uzunmüddətli saxlama üçün kərə yağının dondurucuda saxlanması da mümkündür. Məsələn, yağı endirimlə alıb ehtiyata qoyduqda, onu rahatlıqla dondurmaq olar. Temperatur -12°C olduqda yağ 9 aya qədər, -18°C səviyyəsində isə 1 ilədək dad və keyfiyyət itirmədən saxlanıla bilər.
Aydın
Şərhlər