Xəbər lenti

Qəzzada xəstəxanaya hücum nəticəsində ölənlərin sayı 800-ə çatdı
Dünya 11:00 18.10.2023

Qəzzada xəstəxanaya hücum nəticəsində ölənlərin sayı 800-ə çatdı

"Əl-Ərəbiyyə" telekanalı Əl-Əhli xəstəxanasına hücumdan sonra qurbanların sayının 800 nəfərə çatdığını bildirib. Fələstində 3 günlük matəm elan edilib.

Qaynarinfo xəbər verir ki, HƏMAS xəstəxanaya hücumu soyqırım cinayəti adlandırıb və beynəlxalq ictimaiyyətdən, ərəb və islam ölkələrindən İsrail hakimiyyətinin təcavüzünü dayandırmaq üçün "məsuliyyəti öz üzərinə götürməyi və dərhal müdaxilə etməyi” tələb edib.

İsrail Müdafiə Qüvvələri partlayışın tərəfindən uğursuz raket buraxılışının nəticəsi olduğunu iddia edir. Eyni zamanda mediada və internet ictimaiyyətində İsrailin baş naziri Benyamin Netanyahunun müşaviri Hananya Naftalinin əvvəlcə guya İsrailin xəstəxanaya hücum etdiyini, çoxlu terrorçunu öldürdüyünü deməsi, daha sonra isə bu paylaşımı sildiyi barədə məlumatlar yayılır.

Xəstəxanaya hücumdan sonra İraq, İran, Livan, Misir, Tunis, Suriya, Yəmən və digər ölkələrdə etiraz aksiyaları başlayıb. Ammanda izdiham İsrail səfirliyini yandırıb, Ankarada polis İsrail diplomatik missiyasına hücum edən etirazçıların qarşısını alır. Xəstəxanaya edilən hava hücumu Misir, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və bir sıra digər dövlətlərin səlahiyyətliləri tərəfindən pislənilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Qəzzada görünməmiş vəhşiliyə” son qoymağa çağırıb. Kanadanın baş naziri Castin Trüdo hava hücumunu "dəhşətli və qəbuledilməz” adlandırıb.

Rusiya və BƏƏ xəstəxanaya hücumla bağlı oktyabrın 18-də səhər saatlarında BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->