Xəbər lenti

Saxta diplomları necə müəyyən etmək olar?
Ölkə 12:24 16.12.2022

Saxta diplomları necə müəyyən etmək olar?

"Nazirin işlətdiyi ifadə doğru deyil. Diploma saxta demək üçün məhkəmə qərarı olmalıdır. Ölkəmizdə sadəcə olaraq, diplomların dövlət nümunəvi olub-olmaması, onun necə verilməsilə bağlı problem var. Nazirlik bunu müəyyənləşdirə bilmirsə, onda Elm və Təhsil Nazirliyi nəyi bilir, nə işlə məşğuldur?”
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov elm və təhsil naziri Emin Əmrullayevin müəllim adını saxta diplomla daşıyanların sənədinin saxtalığını sübut etməyin çətinliyi barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, diplomun həqiqiliyini yoxlamağın yolları var:
 

 
"Mövcud qanunvericiliyin tələblərinə görə, kiminsə cinayəti sübut oluna bilinmirsə, o təqsirsizdir. Bu mənada elm və təhsil nazirinin bəzi diplomların saxta olduğu barədə işlətdiyi ifadə hüquqi məsuliyyət tələb edir. Hər halda saxta müəllim diplomu alanların müəyyən edilməsi sadə bir prosedurla mümkündür. Həmin şəxslərin diplomlarının dövlət nümunəvi olub-olmaması iki formada yoxlanıla bilər. Bununla müəyyən etmək olar ki, verilmiş diplomlar həqiqətən də diplomdur, hər hansı bir printerdə çıxarılıb, üzərinə lominat vurulmuş deyil. 

Hazırda orta  məktəblərdə çalışan 151 min müəllimdən 8 mininin diplomu dövlət nümunəvi deyil, yəni, diplomun alınması ilə bağlı hər hansı bir mənbələrdə məlumatın olmaması nəzərdə tutulur. Diplomun saxta olduğunu müəyyənləşdirmək üçün kommisiya yaradıb, həmin şəxsləri fərdi qaydada ora dəvət edib, maksimum 3 qrup yoldaşının adını, elmi, diplom işi rəhbərinin kim olduğunu, oxuduğu fakultənin hansı korpusda yerləşdiyi, hansı fənləri keçdiyini və s. bu kimi məqamları soruşmaqla məsələni həll etmək olar”. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->