Xəbər lenti

Məşhur gəmçilik şirkətinin 1,2 milyon manata yaxın vergi borcu var
Ekonomiks 20:58 21.06.2025

Məşhur gəmçilik şirkətinin 1,2 milyon manata yaxın vergi borcu var

Azərbaycanda məşhur gəmiçilik şirkətinin dövlətə külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, "Elite Marıne PTE. LTD." Şirkətinin Azərbaycan Respublikasındakı Filialının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 1.166.395,97 AZN-dir. 

Hüquqi ünvanı Yasamal Rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanında yerləşən "Elite Marıne PTE. LTD."nin qanuni təmsilçisi Hock Choon Limdir. 

Qeyd edək ki, 2015-ci ildə sözügedən şirkət işçilərə işgəncə verməsi ilə gündəmə gəlmişdi. İddia edilirdi ki, şirkətin rəhbəri Hok Çon Lim azərbaycanlılar da daxil olmaqla işçiləri təhqir edir, hindistanlı qaynaqçıları döydüyü döyür.

Aydın
--> -->