Xəbər lenti

İdman 20:17 21.06.2025

"Çelsi" dopinq testdə ilişən futbolçudan 89 milyon avro tələb edə bilər

Londonun "Çelsi" klubu ukraynalı futbolçu Mixailo Mudriki dopinq qəbul etdiyinə görə məhkəməyə verə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Athletic" yazıb.

Qeyd olunur ki, klubun ukraynalıdan onun transferi ilə bağlı itkilərin ödənilməsini tələb etmək hüququ var.

2025-ci il dekabrın 17-də Mudrikin dopinq testindən keçə bilmədiyi məlum olub. 2025-ci il fevralın 8-də dopinq nümunəsi "B" mənfi olsa belə, FA-nın Mudriki cəzalandıra biləcəyi barədə məlumatlar ortaya çıxıb. Aprelin 22-də Mudrikin bu işlə bağlı yalan detektoru testindən keçdiyi məlum olub. Onu dörd ilə qədər diskvalifikasiya gözləyir.

Mudrik 2023-cü ilin yanvarında "Çelsi"yə keçib, o, Donetsk "Şaxtyor"undan alınıb. Transfer bonuslar daxil olmaqla 100 milyon avro təşkil edib. 

Qeyd olunur ki, Mudrik dopinq işi zamanı Pol Poqba ilə işləyən eyni vəkilləri işə götürüb. Fransız futbolçunun diskvalifikasiya müddəti 4 ildən 18 aya endirilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->