Xəbər lenti

3,2 milyon vergi borcu olan şirkət kimindir?
Ekonomiks 22:05 21.06.2025

3,2 milyon vergi borcu olan şirkət kimindir?

"Adagio SD” şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb.

Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 3 271 204,2 manat təşkil edir. "Adagio SD” şirkəti 2019-cu ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Cəfərov Fariz Cəfər oğludur. Mediada gedən məlumatlardan aydın olur ki, bir neçə il əvvəl şirkətin 1 629 199,21 manat vergi borcu olub və şirkət rəhbəri ilə Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında məhkəmə mübahisəsinə çevrilib. Lakin məhkəmənin nəticəsi barədə məlumat yoxdur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->