Xəbər lenti

Tələbələrin nəzərinə: kirayə haqqı və yolpulu verilə bilər
Ölkə 09:56 12.12.2023

Tələbələrin nəzərinə: kirayə haqqı və yolpulu verilə bilər

"Tələbələrin nəqliyyat və kirayə pulunun ödənilməsində yaşadıqları çətinliklərin aradan qaldırılması hədəflənir".

Qaynarinfo xəbər verir ki, bunu Təhsil Tələbə Kredit Fondunun şöbə rəisi Tehranağa Abdullayev bildirib. O deyib ki, bu məqsədlə müəyyən mexanizm təklif edilir.

Yeniliklərdən biri əvvəllər Fondun standart paketindən istifadə edərkən tələbənin ödədiyi 20%-lik vəsaitlə bağlıdır. Digər bir yenilik sosial cəhətdən həssas qrupları əhatə edir.

Yeniliklərin qüvvəyə minməsi üçün Nazirlər Kabineti müvafiq qərar qəbul etməlidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->