Xəbər lenti

Dünya 11:09 07.02.2019

Mövlud Çavuşoğlu: "Azərbaycanın olmadığı yerdə, onu Türkiyə təmsil edir"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın paytaxtı Vaşinqtonda azərbaycanlı və türkiyəli tələbələrlə görüşüb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi və Türk-Amerikan Milli Yönləndirmə Komitəsində təşkil olunan görüşdə Çavuşoğlu tələbələrə müraciət edib. O, son illərdə xaricdə yaşayan Azərbaycan və Türkiyə vətəndaşlarının birlikdə hərəkət edərək, ortaq və milli davaları birlikdə müdafiə etdiklərini və buna görə şad olduqlarını ifadə edib.

"Biz bir millət, iki dövlət kimi hərəkət edirik. Azərbaycanın olmadığı yerdə, onu Türkiyə təmsil edir. Azərbaycanın diplomatik missiyalarının olmadığı dünyanın ən ucqar nöqtələrində bizim missiyalarımız Azərbaycan üçün kampaniyalar aparır. Bizim olmadığımız yerdə də Azərbaycan və başda cənab prezident İlham Əliyev olmaqla Türkiyəni azərbaycanlı qardaşlarımız təmsil edir", - deyə Çavuşoğlu bildirib.

O, son dövrlərdə iki ölkənin həyata keçirdiyi layihələrdən də, o cümlədən Bakı-Tbilisi-Qars dəiryolu, gələn il açılacaq TANAP boru xətti və SOCAR-ın bu il Türkiyədə açdığı "Star" şirkətinin də önəmindən bəhs edib və bunların iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirdiyini dilə gətirib:

"Sadəcə iki ölkənin deyil, ümumilikdə bölgənin inkişaf və sabitliyi üçün birlikdə hərəkət edirik və çox önəmli layihələr həyata keçiririk".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->