Meksikanın Oaxaka ştatının sakini Manuela Ernandes Velaskes 100 yaşında məktəbi bitirib.
Qaynar.info-nun məlumatına görə, məktəbi bitirmə haqqında şəhadətnaməni ona təntənəli surətdə təqdim ediblər.
Velaskes özü bildirib ki, oxumaq həqiqətən də onun xoşuna gəlib. Lakin bu ona o qədər də asan başa gəlməyib. Görmə qabiliyyətinin zəif olması dərslərini oxumaqda ona problemlər yaradıb. Bu müddət ərzində o bir neçə dəfə eynəyini dəyişməli olub.
Qaynar.info
Şərhlər