XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

14 mərtəbəli iki binanın damında qəribə tikili (VİDEO)
Ölkə10:19 09.10.2026

14 mərtəbəli iki binanın damında qəribə tikili (VİDEO)

Sosial şəbəkələrdə yayılan görüntülərdə ərazidə qanunsuz mansard tikinitisinin aparıldığı iddia olunur.

Qaynarinfo Xəzər Tv-yə istinadən xəbər verir ki, söhbət Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 148 ünvanından gedir. 14 mərtəbəli iki binanın damında qəribə tikili var.

Sakinlər fərqli fikirlər səsləndirdilər, biri dedi ora mansard olsa da, yaşayış üçün yer tikilib ki, sonradan satılsın.

Bəziləri isə bildiriblər ki, iaşə obyekti xarakterli tikiliyə oxşuyur. Bunu isə mənfi hal kimi qiymətləndirdilər.

Binanın mühafizəçisi isə bildirib ki, tikinti qısamüddət ərazində aparılıb, şiferlər yenilənib.

Məsələ ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən bina uzun illər əvvəl inşa edilib və həmin vaxtdan binada yaşayış mövcuddur. "Bəs binanın damında hansısa tikinti işləri aparılırmı" sualına icra hakimiyyətindən cavab verilməyib.