XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Baku TV": Azərbaycan MDB çərçivəsində regional əlaqələrin inkişafına töhfə verməyə çalışır (VİDEO)
Siyasət11:00 09.10.2026

"Baku TV": Azərbaycan MDB çərçivəsində regional əlaqələrin inkişafına töhfə verməyə çalışır (VİDEO)

Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlıqda milli maraqlarını əsas götürərək regional əlaqələrin inkişafı və qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə töhfə verməyə çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Baku TV"nin Türkmənistana ezam olunmuş əməkdaşı Xatirə Məmmədovanın jurnalistlərin mətbuat mərkəzindən hazırladığı süjetdə bildirilib.

Süjetdə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasının keçirilməsi xüsusi qeyd olunub:

"Azərbaycan MDB çərçisəvində əməkdaşlığı davam etdirir. Ölkəmiz təşkilatın fəaliyyətində iştirak etməklə yanaşı, milli maraqlarını və öz konseptual mövqeyini də əsas götürür".