XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanın xarici dövlət borcu nə qədərdir? - Rəqəmlər açıqlandı
Ekonomiks11:20 09.10.2026

Azərbaycanın xarici dövlət borcu nə qədərdir? - Rəqəmlər açıqlandı

2026-cı il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 509,5 milyon ABŞ dollarına bərabər olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,8 % azdır.

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il oktyabrın 1-nə 89 milyard 380,7 milyon ABŞ dolları təşkil edib. Strateji valyuta ehtiyatları illik müqayisədə 9,7% artıb.

Müqayisə üçün, 2026-cı il sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon ABŞ dolları təşkil etmişdi.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard 48,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 % çoxdur.

Son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1,2 % azalaraq 30 milyard 326,5 milyon manata enib, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 2,6 % artaraq 71 milyard 721,7 milyon manata yüksəlib.