XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Gözəl insanlar işdə özlərini niyə daha xoşbəxt hiss edir? - Alimlərdən cavab
Dünya09:56 09.10.2026

Gözəl insanlar işdə özlərini niyə daha xoşbəxt hiss edir? - Alimlərdən cavab

Alimlər Pekin Universitetinin məlumatlarını təhlil edərək xarici görünüşü cəlbedici olan insanların həqiqətən də özlərini daha xoşbəxt hiss etdiyini müəyyənləşdiriblər.

Qaynarinfo xəbər verir ki, tədqiqatçılar "Nature" jurnalında bildiriblər ki, bu fenomen əmək bazarında sözdə gözəllik mükafatı ilə izah olunur.

Mütəxəssislər 2010-2022-ci illərdə Çində aparılmış genişmiqyaslı sorğuların nəticələrini araşdırıblar. Təhlil göstərib ki, xarici görünüşün cəlbediciliyi daha yaxşı karyera nəticələrinə nail olmağa kömək edən bir növ resurs rolunu oynayır.

Cəlbedici əməkdaşlara daha çox rahat iş şəraiti, etibarlı müqavilələr, yüksək əməkhaqqı və vəzifədə yüksəlmək imkanları təklif olunur. Bütün bunlar onların işdən məmnunluq səviyyəsini artırır və nəticədə ümumi həyat məmnuniyyətinə də təsir göstərir.

Araşdırma həmçinin xarici görünüşün əhval-ruhiyyəyə təsirinin bərabər olmadığını ortaya qoyub. Gözəlliklə xoşbəxtlik arasındakı əlaqə qadınlarda, eləcə də 40-60 yaş aralığında olan insanlarda daha güclü müşahidə edilib.

Bununla belə, ali təhsilli respondentlər arasında üz cizgilərinin cəlbediciliyi xoşbəxtlik səviyyəsinə demək olar ki, təsir göstərməyib.

“Ali təhsil xarici görünüşün cəlbediciliyinin kifayət qədər olmamasının xoşbəxtlik hissinə mənfi təsirini yumşaldan kompensasiyaedici amil rolunu oynaya bilər”, deyə tədqiqatın müəllifləri qeyd ediblər.

“Gözəllik mükafatı” konsepsiyası inkişaf etmiş Qərb ölkələri nümunəsində geniş şəkildə araşdırılıb. Həmin tədqiqatlarda xarici görünüşü cəlbedici insanların iş tapmasının və ailə qurmasının daha asan olduğu müəyyən edilib.

Yeni araşdırma isə bu mexanizmi ilk dəfə Çin əmək bazarı şəraitində ətraflı şəkildə ortaya qoyub. Alimlər işəgötürənlərə əməkdaşların qiymətləndirilməsi yanaşmalarını yenidən nəzərdən keçirməyi və xarici görünüşə əsaslanan ayrı-seçkiliyi minimuma endirmək üçün namizədlərin obyektiv meyarlar əsasında qiymətləndirilməsini təklif edirlər.

Aydın