XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Basklar ölkəsinin paytaxtı istirahət üçün ən sərfəli şəhər seçildi (SİYAHI)
Dünya18:18 08.10.2026

Basklar ölkəsinin paytaxtı istirahət üçün ən sərfəli şəhər seçildi (SİYAHI)

İspaniyanın Bilbao şəhəri 2027-ci ildə səyahət üçün dünyanın ən sərfəli şəhəri seçilib.

Qaynarinfo xəbər verir ki, "Skyscanner" şirkətinin "Travel Trends 2027" adlı son hesabatına əsasən, şəhərdə istirahət qiymətləri bir il ərzində 66 faiz ucuzlaşıb. Xüsusilə Bilbaoda hotellərin qiymətləri ötən illə müqayisədə 63 faiz azalıb.

Ekspertlərin sözlərinə görə, adətən Basklar ölkəsinin paytaxtı adlandırılan Bilbao turistlərə münasib qiymətlərlə unikal mədəniyyət təqdim edir və şəhərdə turist sıxlığı da yüksək deyil.

2027-ci ildə istirahət üçün ən sərfəli 10 turizm istiqaməti:

1. Bilbao, İspaniya – 66 faiz ucuzlaşma
2. Vrotslav, Polşa – 47 faiz
3. Bordo, Fransa – 34 faiz
4. Sürix, İsveçrə – 33 faiz
5. Ankona, İtaliya – 31 faiz
6. Rodos, Yunanıstan – 22 faiz
7. Pula, Xorvatiya – 20 faiz
8. Karkasson, Fransa – 20 faiz
9. Fes, Mərakeş – 19 faiz
10. Krabi, Tailand – 15 faiz

Aydın