XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

12 yaşında islah koloniyasındakı həyatından danışdı: "İki peçenye, süd və iki siqaret..."
İdman17:55 08.10.2026

12 yaşında islah koloniyasındakı həyatından danışdı: "İki peçenye, süd və iki siqaret..."

Əfsanəvi boksçu Mayk Tayson keçmişi, o cümlədən yetkinlik yaşına çatmayanlar üçün islah koloniyasında keçirdiyi dövr barədə səmimi danışıb.

Qaynarinfo xəbər verir ki, keçmiş ağır çəki üzrə mütləq dünya çempionu "Fox News" telekanalında yayımlanan "Jesse Watters Primetime" proqramında bildirib ki, rinqə çıxmazdan xeyli əvvəl döyüşməyə başlayıb. Taysonun böyüdüyü Bruklin ərazisindəki uşaqlar onun nəyə qadir olduğunu tezliklə anlayıblar.

"Bilirsiniz, dostlarım mənim döyüşlərdə iştirak etdiyimi, özümdən böyük oğlanları döydüyümü və bəzilərini nokauta saldığımı görürdülər", – Tayson danışıb.

Daha sonra dostları yeniyetmə Taysonu küçədə törətdikləri işlərə cəlb ediblər: "Onlar dedilər ki, oğlanları nokauta salan mən olacağam, onlar isə ciblərini axtaracaqlar. Məni məhz bunu etməyə məcbur edirdilər".

Bu əməkdaşlıq gələcək çempionun yetkinlik yaşına çatmayanlar üçün islah koloniyasına düşməsi ilə nəticələnib. Onun sözlərinə görə, həmin vaxt 12 yaşı olub. "Tərbiyə müəssisəsinə düşən kimi mənə iki peçenye, süd və iki siqaret verdilər", deyə Tayson xatırlayıb.

Sonda Tayson siqaretləri peçenye ilə dəyişib.

Aydın