14 yaşlı "patı" aludəçisinə görün kim narkotik öyrədibmiş (VİDEO)
14 yaşlı yeniyetmə bu yaşda narkotik aludəçisinə çevrilib. Onu buna öz doğma anası və əmisi vadar edib. Zorla diləndirilən yeniyetmə 1 il əvvəl xəstəxanaya yerləşdirilib, çıxandan bir müddət sonra isə yenidən vərdiş etdiyi həyata dönüb. Daha doğrusu, döndürülüb.
Qaynarinfo xəbər verir ki, hazırda Narkoloji Dispanserdə müalicə alan bu yeniyetmənin gələcəyi böyük sual altındadır. Çünki bədəni ilə yanaşı, onun beynini, düşüncələrini zəhərləyən ananın və əminin bundan sonra onunla necə rəftar edəcəyi bəlli deyil.
Təəssüf ki, ölkəmizdə onun kimilərin sayı heç də az deyil. Küçələrdə dilənən, avtomobil şüşəsi silən və ya salfet satan uşaqların aqibəti heç kimə məlum deyil. Bəs biz niyə onlara sahib çıxa bilmirik?
Küçədə tapılan 14 yaşlı yeniyetmənin dramını ekranlarınıza gətiririk. Məqsədimiz zorla özünü ifadə edən bu yeniyetmənin hekayəsi ilə ürəkləri parçalamaq deyil, müvafiq qurumlarımızı onun timsalında uşaqlarımıza sahib çıxmağa çağırmaqdır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər