İdman 14:08 17.09.2023

19 gün komada qalan qapıçı meydana qayıtmaq istəyir

Təxminən 3 həftə komada qalan Fransa PSJ-sinin ispan qapıçısı Serxio Riko tezliklə yeni müayinədən keçəcəyini və 2023/24 mövsümündə Paris təmsilçisinin heyətində oynaya biləcəyinə ümid etdiyini bildirib. 

Qaynarinfo bu barədə goal.com-a istinadən xəbər verir.

"Bərpa prosesinin düzgün sürətlə getdiyini görəcəyik. Ümid edirəm ki, bu yaxşı xəbər olacaq və komandaya qayıtmağa hazırlaşmaq üçün həkim mənə idman etməyə bir az daha sərbəstlik verəcək. Məqsədim bu il geri qayıdıb, mövsümün sonuna qədər komandanın yanında olmaqdır”, deyə Riko bildirib.

Mayın sonunda 29 yaşlı qolkiper İspaniyada at sürərkən yıxılaraq kəllə-beyin travması alıb. Futbolçu helikopterlə xəstəxanaya aparılıb. O, 36 gün reanimasiyada qalıb, bunu 19 günü komada keçib. Avqustun 18-də idmançı xəstəxanadan buraxılıb.

İspaniyalı qolkiper 2020-ci ildən PSJ-də çıxış edir. O, "Sevilya”nın yetirməsidir və 9 il İspaniya klubunun formasını geyinin. Qapıçı daha sonra "Fulhem” və PSJ-də çıxış edib. Ötən mövsüm Riko parislilərin əsas heyətində meydana çıxmayıb. Ümumilikdə, o, təxminən 3 il ərzində PSJ-nin heyətində 11 oyuna çıxıb.

Aydın