Xəbər lenti

Sənət 09:50 15.04.2015

20 milyonluq kino Bakıda - FOTOLAR

Çanaqqala savaşından bəhs edən və azərbaycanlı aktrisaların da rol aldığı film Azərbaycanda. TRT Bakı nümayəndəliyindən anspress-ə verilən məlumata görə, sabah 100 il öncə Çanaqqaladakı mücadilədən bəhs edən, baş rolunu azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin ifa etdiyi və Özhan Eren tərəfindən lentə alınan "Son Məktub" filminin qalası olacaq. 

Türkiyənin Azərbaycandakı səfirliyi, Yunus Əmrə İnstitutunun Bakı Türk mədəniyyət mərkəzinin dəstəyi ilə keçiriləcək qala gecəsinə Özhen Eren və Nəsrin Cavadzadə də qatılacaq. Nümayişdən öncə mətbuat konfransı keçiriləcək. 

Xatırladaq ki, filmin ssenarisi Çanaqqala savaşı günlərindən qalma bir məktubun əsasında hazırlanıb. “Son Məktub" Çanaqqala zəfərinin 100 illiyində, martın 18-də təqdim edilib. 

Film 20 milyon lira (təqribən 8 milyon dollar) ilə ən yüksək büdcəli filmdir. 

Filmdə rol alan Nərmin Hüseynovanı tamaşaçılar Mina Sovetski kimi tanıyırlar. O, rejissor Vahid Mustafa Yevin "Xoca" və "Qanlı Yanvar" filimlərində də çəkilib. 

N.Cavadzadə isə məşhur alim Mirməməmməd Cavadzadənin nəvəsidir. Cavadzadə iki "Qızıl portağal" mükafatı alaraq son illərin ən diqqət çəkən aktrisalarından biri adına layiq görülüb. 






Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->