“Azeri LT CIF” markalı neftin London birjasında qiyməti ötən günlə müqayisədə sabit qalıb. Qaynar.info Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsinə istinadən xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,77 dollar azalaraq 67,18 dollar təşkil edib.
Dünya birjalarında neftin qiyməti isə yenidən ucuzlaşıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,99 dollar ucuzlaşaraq 58,94 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 2,23 dollar azalaraq 65,54 dollar olub.
Fanat.az
Şərhlər