Ağ Evdə növbəti dəyişiklik barədə iddia irəli sürülüb.
Qaynarinfo xəbər verir ki, Washington Post milli təhlükəsizlik katibi Herbert Raymond Makmasterin istefaya göndəriləcəyini yayıb. Məsələ ilə bağlı Ağ Evin sözçüsü açıqlama ilə çıxış edib. Sara Sanders Makmaster və Trampın sadəcə görüşdüklərini, yaxşı əlaqələrinin olduğunu və bu vəzifədə bir dəyişikliyin planlaşdırılmadığını vurğulayıb.
Qeyd edək ki, Raymond Makmasterin Pentagonda daha yüksək vəzifəyə təyin edilməsi barədə də şayiələr yayılıb.
Gülşən
Şərhlər