Siyasət 13:31 09.11.2019

Rusiya XİN-dən Dağlıq Qarabağ bəyanatı

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanat yayıb. 

Qaynarinfo-nun məlumatına görə, bəyanatda bildirilir ki, Rusiya münaqişənin həllinə dair vasitəçilik fəaliyyətlərində fəal rol oynamağa davam edir.

"Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri dəstəkləmək Rusiya xarici siyasətinin prioritetlərindən biri olub və ölkə prezidentinin də diqqət mərkəzindədir. Əminik ki, münaqişənin nizamlanması istisnasız olaraq siyasi diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə  həyata keçirilməlidir. Güman edirik ki, siyasi iradə olduğu təqdirdə diplomatik səylər gec-tez irəli getməyə və kompromisə gəlməyə imkan verəcək. Öz tərəfimizdən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ATƏT-in Minsk qrupunun həmsədrliyinin tərkibində olduğu kimi, həm də Azərbaycan və Ermənistanla sıx münasibətlər nəzərə almaqla yardım edəcəyik".

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-11-də Ermənistanda səfərdə olacaq.