Böyük Britaniya və İrlandiya 2028-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bu, onların yeganə rəqibi olan Türkiyənin turnirə ev sahibliyi etmək hüququ uğrunda mübarizədən imtina etməsindən sonra bəlli olub.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC məlumat
yayıb.
UEFA Türkiyənin 2028-ci il Avropa çempionatına ev sahibliyi etmək üçün verdiyi namizədliyi geri götürdüyünü bildirib. Beləliklə, yalnız Böyük Britaniya və İrlandiyanın birgə təklifi turnirdə iştirak etmək hüququna malikdir.
AVRO-2028 və ya 2032-ni təşkil etməyə çalışan Türkiyə iyul ayında İtaliya ilə birləşərək 2032-ci il turnirini təşkil etməyə iddialıdır.
Hər iki turnirin ev sahibləri oktyabrın 10-da UEFA İcraiyyə Komitəsi tərəfindən müəyyənləşəcək.
Nizami Bağırov
Şərhlər