"Bakı şəhər Dezinfeksiya Stansiyasının Səbail Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət vergi xidmətinə külli miqdarda vergi borcu olduğu müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə, hazırda MMC-nin vergi borcu 381 622.61 manat təşkil edir.
Maraqlıdır ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün olmasa da, MMC sanitariya-gigiyena və digər xidmətlərə görə, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə tender müqaviləsi imzalayıb. Müqavilənin ümümi dəyəri 10 438.84 AZN təşkil edir.
Qeyd edək ki, nizamnamə kapitalı 7768.00 AZN olan MMC-nin təsisçisi Həsənova Gülnarə Tələt qızıdır.
Əhməd
Şərhlər