Xəbər lenti

40 il mutasiya: Alimlər Çernobıl itlərinə radiasiyanın təsirini araşdırdılar
Dünya 23:10 02.12.2024

40 il mutasiya: Alimlər Çernobıl itlərinə radiasiyanın təsirini araşdırdılar

Təkamül adətən yavaş və mərhələli proses hesab olunur. Lakin Çernobıl Atom Elektrik Stansiyası ərazisində yaşayan itlər qəza baş verdikdən sonra cəmi 40 il ərzində sürətli genetik dəyişikliklərə məruz qalıblar.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Science Advances” elmi jurnalında dərc edilmiş araşdırmada deyilir.  

Alimlər elektrik stansiyası ərazisində yaşayan itlərin qan nümunələrini təhlil edərək, onları ətraf bölgələrdən olan itlərin nümunələri ilə müqayisə ediblər. Məlum olub ki, partlayışın episentrinə daha yaxın olan itlərin DNT-si digər it populyasiyalarından fərqlənir.  

"Bu araşdırmanın ən diqqətəlayiq tərəfi odur ki, biz reaktorun və onun yaxınlığındakı bölgədə yaşayan it populyasiyalarını müəyyən edə bildik və yalnız onların DNT profilinə əsasən bu fərqləri müəyyənləşdirə bilirik", - araşdırmanın müəllifi Eleyn Ostrander bildirib.  

Hazırda bu genetik dəyişikliklərin Çernobıl zonasındakı itlərin sağlamlığına necə təsir etdiyi dəqiq bilinmir.  

Lakin itlər qəza sonrası dəyişikliklərə məruz qalan yeganə növ deyil. Digər araşdırmalar göstərib ki, Çernobıl zonasındakı canavarlar xərçəngdən qorunmanı təmin edən genetik adaptasiyalara malikdirlər. Zonada yaşayan qurbağalar isə daha tünd dəriyə sahibdirlər ki, bu da radiasiyanın təsirini azaldan yüksək melanin səviyyəsi ilə əlaqədardır.  

2020-ci ildə alimlər müəyyən ediblər ki, Çernobıl zonasındakı göllərdə yaşayan su pəriləri arasında genetik müxtəliflik radiasiya səviyyəsi yüksək olan sularda daha çoxdur. Bu, mutasiyaların bu şəraitdə əsas təkamül amili ola biləcəyinə işarə edir. Lakin bu proseslərin itlər arasında da baş verdiyini söyləmək mümkün deyil.  

Xatırladaq ki, 1986-cı ildə Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəza nəticəsində yerli sakinlər ərazini tərk etməyə məcbur olmuşdular.  

Onlar yalnız evlərini deyil, bəzi hallarda ev heyvanlarını da geridə qoymuşdular. Hakimiyyət sahibsiz itləri məhv etməyə çalışsa da, onların populyasiyası sağ qalıb.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->