Xəbər lenti

İdman 18:20 08.12.2025

"Qəbələ" - "Turan Tovuz" oyunu təxirə salındı (YENİLƏNİB)

Misli Premyer Liqasının XIV turunda keçirilən "Qəbələ" - "Turan Tovuz" oyunu təxirə salınıb.

Qaynarinfo-nun məlumatına görə, buna Qəbələdə dumanlı hava şəraiti səbəb olub.

Qarşılaşma 23-cü dəqiqədə, hesab 0:0 olarkən dayandırılıb.

Matçın hansı tarixdə keçiriləcəyi ilə bağlı rəsmi məlumat daha sonra veriləcək.
 
17.35

Misli Premyer Liqasının XIV turunda keçirilən "Qəbələ" - "Turan Tovuz" oyunu yarımçıq dayandırılıb.

Qaynarinfo xəbər verir ki, buna Qəbələdə dumanlı hava şəraiti səbəb olub.

Qarşılaşma 23-cü dəqiqədə dayandırılıb. Qarşılaşmanın baş hakimi Tural Qurbanov komandaları soyunub-geyinmə otağına yollayıb.  

Matçın taleyi ilə bağlı qərar daha sonra veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->