"Relax Resort And Spa Hotel" Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 104 902 manat vergi borcu var.
Borcun yay mövsümündə yarandığı ehtimal edilir. MMC-də vergidən yayıma faktı da aşkarlanıb.
Qeyd edək ki, Lerikdə yerləşən "Relax" İstirahət Mərkəzinin qanuni təmsilçisi Famil Kamran oğlu İmanovdur. Famil İmanov sabiq deputat İqbal Məmmədovun yaxın adamıdır.
Aydın
Şərhlər