Xəbər lenti

75 yaşlı rektor vəzifəsindən azad ediləcək - Prorektorların da 68 və 79 yaşı var…
Ölkə 17:46 10.04.2026

75 yaşlı rektor vəzifəsindən azad ediləcək - Prorektorların da 68 və 79 yaşı var…

Gəncə Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibov vəzifəsindən gedəcək.

Qaynarinfo-nun məlumatına görə, 2014-cü ildən Gəncə Dövlət Universitetində rektoru olan Yusif Yusibov son yaş həddi ilə əlaqədar yaxın vaxtlarda vəzifəsindən azad olunacaq. 

Qeyd edək ki, 1951-ci il təvəllüdlü vəzifəsindən 2011-2014-cü illərdə GDU-da tədris işləri üzrə prorektor vəzifəsində çalışıb. 

Xatırladaq ki, GDU-nun İnzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənov 1958-ci il, Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva isə 1947-ci il təvəlüdlüdür.

Aydın


Gülsüm Fətəliyeva 


Fəxrəddin Həsənov 
--> -->