Xəbər lenti

133 milyon kapitalı olan şirkətin fəaliyyət göstərdiyi obyekt müsadirə olundu (FOTO)
Foto 18:56 10.04.2026

133 milyon kapitalı olan şirkətin fəaliyyət göstərdiyi obyekt müsadirə olundu (FOTO)

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi, 217 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 3 mərtəbədən ibarətdir.

Satışa çıxarılan obyektin sahəsi 1 603,2 kvadrat metrə bərabərdir. 16 otaqdan ibarət olan obyektin ilkin satış qiyməti 2 milyon 800 min manat təşkil edir.

Qeyd edək ki, bu obyektdə ölkənin aparıcı şirkətlərindən birinin, "Aztəsərrüfat” MMC-nin ət kəsimi sexi fəaliyyət göstərib.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 132 milyon 877 min 367 manat olan "Aztəsərrüfat” MMC (VÖEN – 1503377891) 2026-cı ildən fəaliyyət göstərir. Qanuni təmsilçisi Qafarov Məhərrəm Allahverdi oğlu olan şirkətin rəsmi saytında baş direktor kimi Aydın Dəmirov göstərilib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->