Xəbər lenti

Ekonomiks 12:56 01.12.2023

"8-ci kilometr bazarı" bağlanır?

"Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyevin "8-ci kilometr bazarı" ilə bağlı verdiyi cavab aydın deyil. Əslində, bazarın sahibi açıqlama verməli idi. Bazarla bağlı məqsədləri nədir və nə etmək istəyirlər. Bazardakı sahibkarlar da işini bilməlidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov "8-ci kilometr bazarı"nın fəaliyyəti ilə bağlı narahatlıq doğuran səbəblərdən danışarkən deyib. 

Ekspert bazar ətrafında çoxsaylı əhali yaşadığını bildirib:

"Şəhərin bütün yerlərindən həmin bazara üz tutan vətəndaşlar var. Ona görə ki, ucuzluqdur və istəlinən məhsulu, sənaye mallarını bazarda tapmaq asandır. Bundan əlavə kənd təsərrüfatı məhsulları bazarda ucuz qiymətə təklif olunur. Orada bazarın saxlanılması, həmin ərzidə bazarın olması şəhər sakinləri üçün çox vacibdir".

Vahid Məhərrəmov adıçəkilən bazarın gələcəyi ilə bağlı fikir deməkdə çətinlik çəkdiyini vurğulayıb:


 
"Bazar bağlanır, yaxud da digər adla fəaliyyətini davam etdirəcək? Əgər, belə olarsa, bütün sahibkarlar bazar sahibi ilə yenidən müqavilə bağlamalıdır. Güman ki, müqavilə yeni şərtlərlə təqdim olunacaq. Hətta bunun özü də aydın deyil. Ola bilər ki, bazarın yalnız adı dəyişəcək. Satıcılara bununla bağlı məlumat verilməyib".

Ekspert bazarın bağlanması ilə bağlı məlumatın şəhər əhalisində də narahatlıq yaratdığını bildirib: 

"Od olmyana yerdən tüstü çıxmaz. Bazarla bağlı nəsə fikir və ideya var. Ola bilsin ki, digər şəxs tərəfindən ələ keirilib. Müəyyən bir mərhələdən sonra onun kimliyi bəlli olacaq. İstisna deyil ki, bazarın əvəzinə tam fərqli bir obyekt yaradılacaq və yaxud bina tikiləcək".

Qeyd edək ki, Bakının Nizami rayonunda yerləşən "8-ci kilometr bazarı"nın bağlanması ilə bağlı məlumat sahibkarlarla yanaşı şəhər əhalisində narahatlıq yaradaıb. Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev isə bazarın fəaliyyət göstərəcəyini, sadəcə adının dəyişdiriləcəyini açıqlayıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->