Xəbər lenti

Üç ayda 300 kitab oxumaq mümkündür?
Ölkə 16:39 13.12.2025

Üç ayda 300 kitab oxumaq mümkündür?

Ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova həbsdə olduğu müddətdə 300 kitab oxuduğunu açıqlayıb.

Müğənni bildirib ki, 3 ay müddətində oxuduğu 300 kitabın arasında Quran, Tövrat, Bibliya da olub. 

3 ayda 300 kitab oxumaq fiziki baxımdan mümkündür? Belə olduqda Rəqsanə bir günə neçə kitab oxuyub?

Yazıçı-şair Şərif Ağayar Qaynarinfo-ya açıqlamasında müğənni Rəqsanə İsmayılovanın həbsdə kitab oxumasına inandığını deyir:

"Rəqsanə xanımı azadlığa çıxması münasibəti ilə təbrik edirəm. Görünür, azadlıqdan məhrum qaldığı günlər ona çox uzun gəlib. Hər halda kitab oxuduğuna inanıram və buna görə onu alqışlayıram. Arzu edirəm, təkcə Rəqsanə xanım yox, bütün müğənnilərimiz azadlıqda da kitab oxusun. Çünki bir müğənnini "manıs"lıqdan yalnız kitab xilas edə bilər”. 

Şərif Ağayar tanınmış müğənniləri kitab sərgilərinə dəvət edib:
 


"Onlara bələdçilik etməyə və tövsiyələr verməyə hazıram. Kitab oxumayan sənət adamları efirdə danışanda adamın əti tökülür. Kənardan çox pis görünürlər - bilsinlər. Kitabdan uzaq insanların beyni balacalaşır və ağzını açanda ətrafı bataqlıq qoxusu bürüyür”.

"Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlunun fikirincə, Rəqsanə İsmayılovanın açıqladığı rəqəm doğru deyil:
 


"Fiziki cəhətdən mümkün deyil. İl ərzində 120 kitab oxumaq olar. Hətta bir az da artıq - 150. Bundan o yana mümkün deyil”. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->