İranda 80 siyasi məhbus əfv edilib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü, ölkənin baş prokuroru Qulamhüseyn Möhsün Ejei açıqlama verib.
Onun sözlərinə görə, bu şəxslər ölkədə 2009-cu ildə keçirilmiş mübahisəli prezident seçkilərindən sonra həbs edilərək müxtəlif cəzalar almış adamlardır. Q.Ejei deyib ki, qərar İranın ali dini lideri, ayətullah Əli Xamneyi tərəfindən də təsdiqlənib.
Şərhlər