Xəbər lenti

Rusiyaya növbəti zərbə: Hindistan
Dünya 22:40 27.09.2024

Rusiyaya növbəti zərbə: Hindistan "Arctic LNG 2"dən qaz almaqdan imtina etdi

Hindistan Qərb ölkələrinin sanksiyaları altında olan Rusiyanın "Arctic LNG 2" layihəsi çərçivəsində hasil edilən mayeləşdirilmiş təbii qazı almayacaq.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

"Biz "Arctic LNG 2"dən qaz almayacağıq. Biz heç bir sanksiyaya məruz qalan malları almayacağıq. Ağır sanksiyalara məruz qalan heç bir şeyə toxunmayacağıq", deyə ölkəin neft naziri Pankay Cain bildirib.

"Novatek" bəyan edib ki, mediada şirkətin "Arctic LNG 2" layihəsi üçün "kölgə donanması"nın yaradılması və idarə olunmasında iştirak etməsi ilə bağlı iddialar doğru deyil.

"Arctic LNG 2" zavodu Qərb ölkələrinin çoxsaylı sanksiyalarına məruz qalıb. Dekabr ayında istehsala başladı və ilk tədarüklər haqqında məlumat avqustda ortaya çıxıb. Yüklər məhdudiyyətlərdən yan keçmək üçün istifadə edilən "kölgə donanması" gəmilərindən istifadə edilməklə göndərilib.

Sentyabrın 9-da "Bloomberg" agentliyi "Arctic LNG 2”nin ilk dəfə olaraq Asiyaya yük göndərdiyini bildirib. Rusiyanın "Novatek" şirkətinin "Arctic LNG 2" layihəsi Rusiyanın Ukrayna ilə müharibəsi səbəbindən Qərbin sanksiyaları altındadır. ABŞ həmçinin Rusiyanın hərbi əməliyyatlarını dəstəklədiyinə görə yüzlərlə hüquqi və fiziki şəxsə, o cümlədən "Arctic LNG 2" layihəsinin inkişafına və LNG-nin daşınmasına dəstək verən şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->