Xəbər lenti

Avropa "Visa" və "Mastercard"ın "qatilini" işə salmağa hazırlaşır - "Bloomberg"
Dünya12:58 27.09.2024

Avropa "Visa" və "Mastercard"ın "qatilini" işə salmağa hazırlaşır - "Bloomberg"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqının ən böyük bankları illərdir müştərilərə "Visa İnc" və "Mastercard İnc" kartlarından imtina etməyə imkan verən yeni ödəniş sistemi yaratmaq üzərində işləyirlər. Söhbət Qərbi Avropanın böyük hissəsini əhatə edən "Wero” layihəsindən gedir.
Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, "BNP Paribas SA", "Deutsche Bank AG" və "Worldline SA" daxil olmaqla 16 böyük bank və maliyyə qurumu tərəfindən dəstəklənən platforma məsələn, bir alman müştəriyə "Visa" və "Mastercard" kartlarından istifadə etmədən öz bank hesabı vasitəsi ilə Fransada otelə dərhal ödəniş etmək imkanı verəcək.
Layihə uğur qazanarsa, bu, iki ödəniş nəhənginə Avropa biznesindən komissiya kimi qazandıqları  milyardlarla dollara başa gələ bilər. Amma daha önəmlisi, bu, Avropanın əsas infrastrukturun, xüsusilə də maliyyə infrastrukturunun qurulmasında ABŞ-a etibar etmək istəməməsinin nümunəsidir.
"Visa" və "Mastercard" o qədər nəhəngdirlər ki, əllərində bazar üzərində böyük hakimiyyətləri var. Fikir, Avropa oyunçularına və istehlakçılarına Avropa seçimlərini təklif etmək üçün beynəlxalq sistemlərə alternativ yaratmaqdır", deyə "Wero”nun yaradıcısı "European Payments Initiative”in icraçı direktoru Martina Vaymert deyir.
"Wero”nun hər il dünya üzrə on trilyonlarla dolları emal edən "Visa" və "Mastercard"a çatması üçün uzun bir yol keçməlidir. Məsələn, keçən il bu şirkətlər müvafiq olaraq 14,8 trilyon dollar və təqribən 9 trilyon dollar emal edib, əməliyyatların icrası üzrə komissiyalar alıblar.
Bu illər ərzində Avropada İsveçdə "Swish", İsveçrədə "Twint" və Niderlandda "iDeal" kimi bir çox yerli ödəniş sistemləri yaranıb, lakin heç biri "Visa" və ya "Mastercard" qədər geniş yayılmayıb.
Keçən il "iDeal" və həmçinin Lüksemburqda yerləşən "Payconiq"i satın alan "Wero” bu boşluqları doldurmağı hədəfləyir. Onun xidmətləri həm öz tətbiqi, həm də iştirakçı kreditorların platformaları vasitəsilə əlçatan olacaq.
Nizami Bağırov