Xəbər lenti

“A-Kond” Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Ekonomiks 17:00 30.03.2020

“A-Kond” Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

"Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "A-Kond” MMC tərəfindən könüllü ianə edilib.

Bu barədə Qaynarinfo-ya "A-Kond” MMC-dən məlumat verilib.

Məlumata görə, şirkət, öz növbəsində, Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) 10 min manat məbləğində maliyyə vəsaiti köçürüb.

"A-Kond” MMC kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->