Xəbər lenti

Ağakərimin ölüm xəbəri təkzib olundu (YENİLƏNİB)
Ölkə 09:23 09.09.2021

Ağakərimin ölüm xəbəri təkzib olundu (YENİLƏNİB)

Tanınmış meyxanaçı Kərim Novruzovun (Ağakərim) vəfat etməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə BAKU.WS-ə Ağakərimin bacısı oğlu Rüstəm Cənnətov məlumat verib.

"Kərim Novruzovun ölməsi barədə məlumatlar yalandır. Sadəcə o, yataq xəstəsidir, müalicə alır. Bu barədə yalan məlumat verənləri məhkəməyə verəcəyik", - deyə Rüstəm Cənnətov əlavə edib.

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.

 
--> -->