Xəbər lenti

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İsraili məğlub etdi
İdman23:05 19.06.2026

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İsraili məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasında növbəti görüşünü keçirib.
Qaynarinfo-nun məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu komanda İsraillə üz-üzə gəlib.
Şimali Makedoniyanın Strumitsa şəhərində baş tutan görüşdə Azərbaycan millisi 3:0 (25:20, 25:19 25:20) hesablı qələbə qazanıb.
Qeyd edək ki, yığma növbəti matçını sabah İsveçrəyə qarşı keçirəcək.