Futbol üzrə dünya çempionatı davam edir. Ötğən gecə ABŞ Avstraliya millisinə qalib gəlib.
Qaynarinfo-nun məlumatına görə, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.
Əvvəlcə avstraliyalıların heyətində Kameron Börces 11-ci dəqiqədə avtoqol müəllifi olub. 43-cü dəqiqədə isə Aleks Frimen yekun nəticəni müəyyənləşdirib.
Bununla da iki oyundan sonra maksimum nəticə göstərən amerikalılar mundialın pley-offuna vəsiqə qazanıblar.
Şotlandiya Mərakeşlə üz-üzə gəlib. Boston stadionunda keçirilən C qrupunun II turunun matçında afrikalılar qələbə qazanıb -1:0. 2-ci dəqiqədə İsmael Saybari fərqlənib.
Braziliya millisi isə Haiti yığmasına qalib gəlib. Filadelfiya stadionunda keçirilən C qrupunun II turunun matçında "sambaçılar" 3:0 hesablı qələbəyə seviniblər.
Braziliyanın qollarını Mateus Kunya (23, 36) və Vinisius (45+3) vurublar.
Şərhlər