Xəbər lenti

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasındakı səhvlər və alınan dərslər
Dünya 15:44 07.04.2023

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasındakı səhvlər və alınan dərslər

Ağ Evin müvafiq hesabatında deyilir ki, Vaşinqton 2021-ci ildə qoşunların Əfqanıstandan çıxarılmasından sonra dərs götürüb və buna əsaslanaraq digər münaqişələrdə strategiyasını dəyişib. 

Qaynarinfo "Bloomberg"ə istinadla xəbər verir ki, ABŞ administrasiyası "aşağı ehtimallı, yüksək riskli ssenarilər” "əvvəlcədən və hərtərəfli” planlaşdırılmalı olduğunu vurğulayıb.

Müdafiə Nazirliyi və Dövlət Departamentinin qoşunların çıxarılması ilə bağlı qiymətləndirmə hesabatında iddia olunur ki, prosesin planlaşdırılmasında qüsurlar, o cümlədən keçmiş prezident Donald Trampın hərəkətləri ilə bağlı olub. Qoşunların çıxarılması artıq hazırkı dövlət başçısı Co Baydenin dövründə baş verib.

"Prezident Baydenin qoşunların Əfqanıstandan çıxarılmasına necə davam edəcəyi ilə bağlı seçimi sələfinin yaratdığı şəraitlə ciddi şəkildə məhdudlaşdırılıb”, - Sənəddə deyilir. Xüsusilə, Tramp administrasiyası "son geri çəkilmənin necə aparılması və ya amerikalıların və ya əfqan müttəfiqlərinin evakuasiya edilməsi ilə bağlı heç bir plan təqdim etməyib”.

"Bloomberg"in məlumatına görə, Trampın səhvləri arasında onun qoşunların sayını azaltmaq, Taliban qruplaşmasının həbsdə olan üzvlərini azad etmək və Dövlət Departamentinin işçilərini ixtisar etmək, Amerika hökuməti üçün işləyən əfqanlar üçün vizaların verilməsini dayandırmaq qərarları var.

Sənəddən çıxan nəıticələrə əsasən, ABŞ indi təhlükəsizliyin pisləşdiyini görsə, daha erkən evakuasiyaya üstünlük verəcək və həmçinin Amerika qüvvələrinin çıxarılması halında yerli qoşunların döyüşə hazırlığını qiymətləndirəcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->