Xəbər lenti

ABŞ senatorlarının Rusiya ilə bağlı çağırışının arxasında nə dayanr? (ŞƏRH)
Dünya 22:00 22.06.2024

ABŞ senatorlarının Rusiya ilə bağlı çağırışının arxasında nə dayanr? (ŞƏRH)

"Moskvanı terrorizmin sponsoru kimi tanıması ilə Vaşinqton çalışır ki, heç bir dövlət Rusiyanın yanında olmasın, onunla əməkdaşlıqdan çəkinsin”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə bir sıra ABŞ senatorunun Rusiyanın terrorizmin sponsoru kimi tanınması üçün Konqresə ünvanladıqları çağırışı şərh edərkən deyib:

"Rusiya Ukrayna münaqişəsinin gedişində Putinin Şimali Koreyaya səfər etməsinin arxasında təbii ki, Moskvanın uzanmaqda olan müharibədən artıq yorulduğu görünür. Şimali Koreya və İrandan alınan yeni silahlar hesabına Rusiya müharibəni davam etdirir. Şimali Koreya ilə Rusiyanın müttəfiqliyinin arxasında sözsüz ki, ilk növbədə silah ticarəti dayanır. Ancaq Şimali Koreyanın nə ABŞ, nə də onun NATO üzrə müttəfiqlərinə ciddi təhdid yaradacağını düşünmürəm. Bu məqamda Qərb üçün əsas məsələ Rusiyanı sıxışdırmaqdan ibarətdir. Şimali Koreyanı isə Cənubi Koreya və ya Yaponiya vasitəsilə neytrallaşdırmaq mümkündür. Rusiyanın terrorizmin sponsor kimi tanınması ilə Vaşinqton çalışır ki, heç bir dövlət Moskvanın yanında olmasın, onunla əməkdaşlıqdan çəkinsin”. 

Ekspert bildirib ki, Rusiya dünyada təklən:

”Bu mənada ABŞ senatorları həmin təklifi iqtisadiyyatı zəifləyən Rusiyaya təzyiq kimi də başa düşüləməlidir”. 

Ancaq həmsöhbətimiz düşünür ki, Rusiyanın terrorizmin sponsoru kimi tanınıb-tanınmaması heç nəyi dəyişməyəcək:

"Çünki Rusiya öz imperialist siyasətindən əl çəkən deyil. Əsas məsələ Ukrayna müharibəsinin gedişindən asılı olacaq. ABŞ Kiyevə ən müasir silahlar verməklə Rusiyanı çəkindirmə siyasəti yürüdür. Rusiya da müharibədən çıxmaq istəmir. Proses bu kimi təzadlı məqamlarla davam edir. Qərb bütün hallarda Rusiyaya qarşı bütöv sanksiyalar siyasəti tətbiq edə bilmir. Çünki Rusiyadan neft və qaz amilinə görə hələ də müəyyən dərəcədə asılıdır”.

Qeyd edək ki, bir sıra ABŞ senatorları Konqresə Rusiyanın terrorizmin sponsoru kimi tanınması üçün çağırış ediblər. İyunun 20-də Konqresin hər iki partiyasının senatorları müvafiq qanun layihəsini təqdim edərək bildiriblər ki, Rusiya Federasiyası ilə KXDR arasında tərəfdaşlıq sazişinin imzalanması və avtoritar ölkələr arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi ABŞ Konqresində Rusiya Federasiyasının terrorizmin dövlət himayədarı kimi tanınması barədə qərarın qəbulu üçün son təkan olmalıdır. Respublikaçı senator Lindsi Qrem bildirib ki, Rusiyanın Ukraynada və dünyanın başqa yerlərində törətdiyi cinayətlərə əlavə olaraq, diktator Vladimir Putinin Şimali Koreyaya səfəri yeni problem yaradır və indi bu qanun layihəsinin qəbulu üçün "məqam”dır. 

"Planetin ən repressiv rejimlərindən biri olan Şimali Koreya ilə müdafiə sazişi bağlamağa cəsarətinin çatması o deməkdir ki, biz çəkindirmə gücümüzü itirmişik”, - o bildirib. 

Rüfət Sultan
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->