ABŞ prezidenti Co Baydenin administrasiyası Səudiyyə Ərəbistanına silah satışı ilə bağlı mövqeyini yenidən nəzərdən keçirib və yaxın həftələrdə ona qoyulan qadağanın aradan qaldırılmasına icazə verib.
Qaynarinfo xəbər verir ki, "Financial Times" (FT) bu barədə mənbəyə istinadən yazıb.
Qəzet qeyd edir ki, Vaşinqton artıq Ər-Riyadı qadağanı ləğv etməyə hazır olduğu barədə xəbərdar edib.
Co Bayden 2021-ci ildə prezident seçkilərində qalib gəldikdən qısa müddət sonra Səudiyyə Ərəbistanına hücum silahlarının satışını qadağan edib. Qərar ölkədə insan haqlarının pozulması, həmçinin Səudiyyə Ərəbistanının Yəməndə dinc sakinlərin ölümünə səbəb olan hərəkətləri ilə izah edilib.
FT yazır ki, Ağ Evin mövqeyi 2022-ci ildə Səudiyyə Ərəbistanı Yəməndəki münaqişəni həll etməyə çalışmağa başlayanda dəyişib. "Reuters" yazıb ki, hətta o zaman yüksək rütbəli Səudiyyə rəsmiləri təkcə müdafiə deyil, həm də hücum silahlarının satışına icazə verilməsini xahiş ediblər. Co Bayden administrasiyası bu məsələ ilə bağlı danışıqlara 2022-ci ilin yayında başlayıb.
Mayın 21-də ABŞ rəsmisi FT-yə bildirib ki, ABŞ və Səudiyyə Ərəbistanı müdafiə paktı bağlamağa yaxındır. Mənbələr dəqiqləşdirib ki, hücum silahlarının satışına qoyulan qadağanın götürülməsi birbaşa bu sövdələşmə ilə bağlı deyil.
Aydın
Şərhlər